Dünyada yeni növ koronavirusa yoluxanların sayı 7 milyon 267 min 882 nəfərə çatıb.

Unikal.org "Worldometers"-ə istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 411 min 346 nəfərdir.

İndiyədək 3 milyon 577 min 223 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkədə qeydə alınıb.