Moskvada son bir sutkada daha 56 nəfər koronavirusdan dünyasını dəyişib.
 
Unikal.org 
xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.
 
Məlumata görə, bununla da paytaxtda COVID-19 qurbanlarının ümumi sayı 3 085 nəfərə çatıb.

Moskvada koronavirusa ümumilikdə 198 590 nəfər yoluxub, 109 737 nəfər sağalıb