Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 38 nəfər yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 2 093 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən sutka ərzində 89 nəfər koronavirusdan sağalıb, sağalanların ümumi sayı 1 572 nəfər təşkil edir.