Gürcüstanda son sutka ərzində koronavirusa 4 yeni yoluxma halı təsdiqlənib.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla da qonşu ölkədə COVID-19-a yoluxanların sayı 822-yə çatıb. Onların 690-nı sağalıb, 13-ü isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 3 124, stasionar nəzarətdə isə 279 nəfər saxlanılır.