Avstraliyada Khaliyha McKellar adlı gənc qız yüksək miqdarda narkotik vasitə qəbul etdiyi üçün rəfiqəsi tərəfindən xəstəxanaya aparılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Melburnda baş verib. 18 yaşlı qız təcili yardımda müalicə olunarkən bir anda qusmağa başlayıb və bu səbəbdən xəstəxanadan xaric olunub. 

Hadisə yerində olan başqa bir şəxs yerdə uzanan gənc qızın görüntülərini lentə alıb. Bundan sonra isə qız yenidən xəstəxanaya yerləşdirilib və müalicəsinə davam edilib.