Haitinin Sosial məsələlər naziri Emmanuel Kantav koronavirusdan ölüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi bildirib.
Nazirin nə zaman yoluxması barədə məlumat verilməyib.
Qeyd edək ki, bu günədək Haitidə 3 662 nəfər koronavirusa yoluxub, 56 nəfər isə həyatını itirib.