ABŞ-da irqçilik müzakirələri və etirazlar gündəmdə olarkən, prezident Donald Tramp maraqlı addım atıb.
Unikal.org xəbər verir ki, ölkə tarixində ilk dəfə olaraq qaradərili komandirə vəzifə təyin edilib. Təyinat Senat tərəfindən təsdiqlənib.
Belə ki, ABŞ Prezidenti Donald Trampın Hərbi Hava Qüvvələri Komandiri olaraq namizəd olan General Braun, Senatdan tam dəstək alıb. Təyinatın, qaradərili Corc Floydun polis zorakılığından öldükdən sonra geniş etirazların davam etdiyi bir zamanda olması diqqət çəkib.
Qeyd edək ki, General Braun bu təyinatdan əvvəl ABŞ-ın Hind-Sakit Okean Qüvvələri Hava Elementlərinin komandiri vəzifəsində olub.
Həmçinin də, Tramp sosial şəbəkə hesabı "Twitter"da , "General Çarlz Braunun ABŞ-ın Hərbi Hava Qüvvələri Komandanlığına ilk afroamerikalı qüvvə komandiri təyin edilməsi qərarımı Senat tərəfindən təsdiqlənıb. ABŞ üçün tarixində bir ilk. Böyük vətənpərvər və lider olan general Braunla sıx işləməkdən məmnunam" deyə başlıqlı paylaşım edib.