Rusiyada son sutka ərzində daha 8 404 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  Rusiyada COVID-19-a yoluxanların sayı 493 657 nəfərə çatıb.

Son sutka ərzində 216 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 6358 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 252 783 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.