Gürcüstanın Batumi şəhərində balıq bazarında partlayış olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, partlayışdan sonra bazarda yanğın başlayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, ətrafdakı avtomobillərə ziyan dəyib. İlkin məlumatlara əsasən, partlayışa qaz sızması səbəb olub.