Burundi Prezidenti Pyer Nkurunziza vəfat edib.

Unikal.org xəbər verir ki, 55 yaşlı Prezidentin ölüm səbəbi ürək tutması olub. P.Nkurunziza 2005-ci ildən ölkəyə rəhbərlik edib. Onun prezidentlik müddəti avqustda başa çatmalı idi.

Bu ilin mayında keçirilmiş seçkilərdə Evarist Ndayşiemie prezident seçilib.