İranda toyda koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çaharmahal-Bəxtiyari əyalətinin Ərdəl şəhərində baş verib. 118 nəfərin iştirak etdiyi toy mərasiminə gələnlərin 40 nəfərin "Covid-19" testi pozitiv nəticə verib. 

Qeyd edək ki, İran höküməti tərəfindən edilən açıqlamada pandemiyanın hələ sona çatmadığı bildirilib.