İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 81  nəfər vəfat edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla İranda koronavirusdan ölənlərin sayı 8506 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2011 yoluxma halı qeydə alınıb, COVID-19-a yoluxanların ümumi sayı 177 938 nəfər olub.

İndiyədək xəstəlikdən 140 590 nəfər sağalıb.