Rumıniya Rusiya Federasiyasını region üçün təhlükəli və düşmən ölkə kimi tanıya bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  bu haqqda ölkənin 2020-2024 –cü illər üçün nəzərdə tutulmuş müdafiə strategiyası layihəsində qeyd olunub.
Rumıniya prezidenti Klaus Yohannisin rəhbərlik etdiyi Ali Müdafiə Şurası layihəni təqdir edib.

Rumıniya prezidenti administrasiyasının saytında dərc olunmuş məlumatda Rusiya Federasiyasının Qara dənizdə hərbi potensialını artırması və hərbi təlimlər keçməsi Rumıniyanın milli maraqları üçün ciddi təhlükə yaratdığı qeyd olunur. Məlumatda deyilir ki, hazırki vəziyyət ölkənin təhlükəsizliyinə mənfi təsir göstərə bilər.           

Ölkə başçısı Yohannis layihəni dəyərləndirərkən bildirib ki, milli təhlükəsizlik strategiyası təhdid və risklərin kompleks idarəçiliyini gücləndirməyi təklif edib. Prezident, həmçinin regiondakı vəziyyəti – terrorun artması, hibrid və kiber təhlükə, Rusiya ilə NATO arasındakı münasibətlərin pisləşməsi və digər oxşar məsələləri misal gətirərək, belə bir qərarı bu vaxta qədər qəbul olunmuş standartların qlobal dəyişikliyi kimi qiymətləndirib.