Türkiyənin İstanbul şəhərində bir şəxs xəstəxanada həkimlərə dəmir əşya və bıçaqla hücum edib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki,  Esenyurtda Yenikent Ailə Sağlamlıq Mərkəzinə gələn şəxs atası üçün resept yazdırmaq istəyib.

O, atasının kimliyini açıqlamayıb və bu halda həkimlər reseptin yazılmasının mümkün olmadığını bildiriblər. Bu zaman həmin şəxs xəstəxanadan çıxıb, əlində dəmir əşya və bıçaqla geri qayıdıb.

O, həkimləri söyərək, əlindəkilərlə onlara hücum edib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Həmin şəxs xəstəxanadan çıxarkən evindən silah götürüb geri qayıdacağını bildirib.

Bir saat sonra şəxsiyyəti müəyyən edilən şübhəli Enginay E. saxlanılıb.

Müşahidə kameralarındakı görüntülərdən bəlli olub ki, şübhəlinin atası hadisədən bir müddət sonra şəxsiyyət vəsiqəsini təqdim edərək resept yazdırıb.