Moskvanın meri Sergey Sobyanin koronavirusla mübarizə sahəsində göstərilən səylərə və virusa yoluxma hallarının sayının azalmasına baxmayaraq, infeksiyaya sona qədər qalib gəlməyin mümkün olmadığını bildirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şəhər rəhbəri məhdudiyyət tədbirlərini tədricən ləğv etməyin və normal həyata qayıtmağın mümkünlüyünü qeyd edib.

Onun sözlərinə görə, sözügedən keçid dövrü 2,5 ay təşkil edə bilər.