Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Unikal.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iki ölkə lideri Liviya və İdlib başda olmaqla regional məsələləri müzakirə ediblər.

Prezidentlər, həmçinin koronavirusla mübarizəyə dair əməkdaşlıq imkanları və pandemiyadan sonrakı dövrdə atılacaq addımlarla bağlı fikir mübadiləsi aparıblar.