Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 79 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun toplantısından sonra bildirib.

Nazir qeyd edib ki, son 24 saatda36521 şübhəli koronavirus testindən keçib, onlardan 922-nun  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4746 nəfər ölüb, 173036 nəfər bu infeksiyaya yoluxub, 146839 nəfəri isə müalicə olunub.

Nazir bildirib ki, intensiv terapiyada olan xəstə sayı azalıb, evə buraxılan xəstə sayı isə artıb. Bu gün 2241  xəstə sağalaraq evə buraxılıb.