İtaliyada son sutka ərzində 202 nəfər koronavirus infeksiyasına yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 235 763 nəfərdir. Son bir gündə pandemiya qurbanlarının sayı 71 nəfər artaraq 34 114-ə çatıb.