Fransada son sutka ərzində daha 23 nəfər koronavirusdan dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fransada pandemiya qurbanlarının sayı artaraq 29 319-a çatıb. Koronavirusa yoluxanların ümumi sayı 155 136 nəfərdir. Son sutkada 545 yeni yoluxma qeydə alınıb.