ABŞ-da koronavirusa yoluxma ilə bağlı aşkarlanmış halların ümumi sayı 2 000 464 təşkil edir.

Unikal.org xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin informasiyasına əsasən Cons Hopkins Universiteti bildirib.

Tədqiqat təşkilatının saytında yerləşdirilmiş məlumatlara görə, pandemiyanın başlanğıcından Birləşmiş Ştatlarda COVID-19-dan 112 908 pasiyent ölüb. Qeyd edilir ki, indiyə qədər koronavirusa yoluxmuş 533 504 nəfər sağalıb.

Koronavirusa ən çox yoluxma Nyu-York ştatında qeydə alınıb. Burada 380 156 nəfərdə təhlükəli virus aşkarlanıb. Siyahıda sonrakı yerdə Nyu-Cersi ştatı qərarlaşıb. Ştatda 165 364 nəfərin COVID-19 analizi müsbət olub. Bununla yanaşı, Kaliforniyada 139 715 nəfərdə, İllinoysda 129 837 insanda və Massaçusets 104 156 sakində yeni növ virus aşkarlanıb.