Dünyanın bir sıra ölkələrində “Instagram” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

Unikal.org xəbər verir ki,  ABŞ, Braziliya, Hindistan, Rusiya və Avropanın bir sıra ölkələrindən istifadəçilər sosial şəbəkənin işi ilə bağlı şikayətlər edib.

Qeyd olunur ki, istifadəçilərin 53 faizi xəbər lentinin açılmasında, 31 faizi səhifələrinə daxil olmaqda, 15 faizi isə "storiz" funksiyasının işində çətinlik çəkdiklərini bildiriblər.

Bununla bağlı "Instagram" rəsmi açıqlama verməyib.