İtaliyada əməliyyat zaman maraqlı hadisə yaşanıb. 

Unikal.org xəbər verir ki, Ancona şəhərindəki Riuniti xəstəxanasında beyin əmliyyatı keçirən 60 yaşlı qadın əməliyyat zamanı italyan mətbəxinə məxsus olan zeytun dolması hazırlayıb.  

Belə ki, 11 tibb işçisinin qatıldığı iki yarım saatlıq əməliyyat  uğurla həyata keçirilib. Həkimlərin açıqlamasına görə,  beyin əməliyyatının çox ağır bir prosedur olduğunu və buna görə nitqi, yaddaşı və bədənin sağ tərəfini idarə edən sağlam toxumalara zərər verməmək üçün qadının bu üsuldan istifadə etməsinə şərait yaratdıqlarını bildiriblər.    

Xəstənin əməliyyat zamanı 90 zeytun doldurduğunu ifadə edən həkim, “Bu, beyin funksiyaları üzərində işləyərkən xəstəni izləməyə və hərəkətlərimizi idarə etməyə imkan verən bir üsuldur” deyə ifadə edib.   

Bildirək ki, xəstə oyaq ikən həyata keçirilən beyin şişi əməliyyatı zamanı xəstəyə suallar verilə bilər, bu, görmə, hərəkət və ya danışma üçün məsul olan beynin sahələrini təsir edən şişlər kimi bəzi nevroloji şərtləri müalicə etmək üçün tətbiq olunur.

Digər tərəfdən, İtaliya mediası, “Ascoli zeytun”olaraq bilinən İtalyan yeməklərinin hazırlanmasının çox mürəkkəb olduğunu və əməliyyat otağının bütün müddət ərzində mətbəxdən fərqli olmadığını bildirib. İtaliyanın Marke bölgəsində ənənəvi “Ascoli zeytun” adı verilən zeytun kartofları, ədvalı ət ilə doldurulmuş yaşıl doğranmış zeytunları un, yumurta və çörək qırıntılarına qovuraraq hazırlanır.

Qeyd edək ki, İngiltərədə bir musiqiçi, fevral ayında beyin şişi əməliyyatı zamanı skripka çalıb. Həkimlər əvvəlcə əməliyyatın ortasında oyandıqları musiqiçi qadından həssas əl hərəkətlərini və koordinasiyasını idarə edən hissələrin zədələnməməsini təmin etmək üçün skripka çalmağı xahiş ediblər.