Koronavirus dünyada sürətlə yayılmağa davam etsə, hələ də bu pandemiyanın ciddiliyini qəbul etməyənlər var.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın Berqamo şəhərinin koronavirus üzrə statistikası təhlükənin nə dərəcədə olduğunu sübut edir. Belə ki, 10 min sakini olan şəhərin sakinlərindən 23 aprel-3 iyun tarixləri arasında götürülmüş nümunələr nəticəsində onların 57 %-nin "Covid-19"a yoluxduqları məlum olub.

Xatırladaq ki, Berqamo şəhəri İtaliyann pandemiyadan ən çox əziyyət çəkənə şəhərlərindən biri idi. Cəsədlərlə dolub-daşan avtomobillərin görüntüləri sosial şəbəkədə gündəm yaratmışdı.