Bildiyiniz kimi, ABŞ-da qara dərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlar davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Donald Tramp bu dəfə Sietldə etirazçıların parlament binasına hücum etməsinə münasibət bildirib. O, bu aksiyaları həyata keçirənləri terrorçu adlandırıb:

"Onlar şəhəri ələ keçiriblər. Şəhərinizi geri alın. Ala bilməsəniz mən alaram. Bu bir oyun deyil. Keçirilən aksiyalar dərhal dayandırılmalıdır. Cəld hərəkət edin"