İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində 2,3 ton narkotik ələ keçirilib.

Unikal.org istinadən xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan Sistan və Bəlucistan əyalətinin polis rəisi Məhəmməd Kanberi hadisə barədə ətraflı məlumat verib.

Kanberi, Pakistanla sərhəddə yerləşən Haş və Saravan şəhərlərində narkotik qaçaqmalçılarının dəstəsində təşkil edilən əməliyyatda 2 ton 300 kiloqram narkotik maddə, 3 maşın, 1 Kalaşnikov silahı və müxtəlif döyüş sursatlarının ələ keçirildiyini bildirib. 

Kanberi, dəstə rəhbərinin də bu əməliyyatda tutulduğunu  qeyd edib . 

Bildirək ki, narkotik tacirləri ilə Əfqanıstan və Pakistan arasındakı sərhədi keçən İran təhlükəsizlik qüvvələri arasında tez-tez qarşıdurmalar olur.