Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko 10 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünən Ukrayna Baş Prokurorluğu sabiq dövlət başçısını 2018-ci ildə Sergey Semoçkonun qanunsuz olaraq Ukraynanın Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini vəzifəsinə təyin edilməsi ilə bağlı cinayət işində ittiham edib.

Poroşenkonun özü ona qarşı başladılan cinayət işini siyasi sifariş adlandırıb.