Dünyanın ən böyük moda qrupu olan “Inditex” tarixində ilk dəfə koronavirus epidemiyası nəticəsində əziyyət çəkdiyini açıqlayıb.
Unikal.org xəbər verir ki, 1985-ci ildə İspaniyada qurulan və hazır geyim şirkətlərini özündə birləşdirən tekstil nəhəngi “Inditex”, 2021-ci ilə qədər 1200-dən çox kiçik mağazanı bağlayacağını açıqlayıb.
Fəaliyyət tarixində ilk dəfə yeni növ koronavirusu epidemiyasının təsiri ilə zərərləri açıqlayan “Inditex”, “Zara”, “Massimo Dutti”, “Pull & Bear”, “Bershka”, “Stradivarius”, “Oysho” markalarını əhatə edir.
Belə ki, “Inditex”, ilk itkisini, 1 Fevral - 30 Aprelləri əhatə edən ilk rübdə 409 milyon avro olduğunu açıqlayıb. “Inditex” satışlarının Covid-19 səbəbiylə 44 faiz azaldığı qeyd edib. Həmçinin də, yaxın 3 ildə 1 milyard avro sərmayəsi ilə elektron ticarəti ikiqat artırmağı planlaşdırdıqlarını açıqlayıb. Bununla da, məşhur moda qrupu mağazaların texnoloji infrastrukturu üçün 1,7 milyard avro xərcləyəcək.
“Inditex”in baş direktoru Pablo Isla, müştərilərinə gecə-gündüz çatmağı və dünyanın hər yerindən onlayn giriş imkanı ilə fasiləsiz xidmət göstərməyi hədəfləyir.