İsveçrə parlamentinin aşağı palatası eynicinsli cütlüklərin evlənməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, mühafizəkar müxalifətin mövqeyinə rəğmən, qəbul edilən qərara əsasən, lezbiyan cütlüklərə uşaq dünyaya gətirmək üçün donorlardan istifadə icazəsi veriləcək.

Qanun səs çoxluğu ilə qəbul edilib. İsveç əhalisinin 80 faizdən çoxunun eynicinsli evliliklərini dəstəklədiyi bildirilir.