Almaniyada son sutkada koronavirusa yoluxanların 250 nəfəri ötüb.

Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, son bir gündə ölkədə koronavirusdan daha 8 nəfər vəfat edib, 258 nəfərin koronavirus testləri pozitiv çıxıb.

Bildirilir ki, son statistikalar da daxil olmaqla, ölkədə koronavirusa yoluxanların sayı 185 674nəfərə çatıb.

Pandemiya ərzində Qərbi Avropa ölkəsində 8 763 nəfər virusdan ölüb.