Cənubi Afrika Respublikasının sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri İst-London şəhərindən 1 065 kilometr şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.