Fransanın Nim şəhərində ədliyyə binasında baş verən atışma nəticəsində 1 nəfər ölüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə iyunun 12-də səhər saatlarında olub.
Hadisənin səbəbi və şəraiti dəqiqləşdirilir. Atışma baş verən yerə polis əməkdaşları və yanğınsöndürmə briqadası cəlb edilib. Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb.