Türkiyənin Ağrı ərazisində dəhşətli hadisə baş verib.
Unikal.org xəbər verir ki, Aşağı Toklu kəndində yaşayan 3 uşaq anası 27 yaşlı Hacer Ergül adlı qadın çörək bişirərkən bədbəxt hadisə ilə qarşılaşıb.
Belə ki, Hacer Ergül günorta çörək bişirərkən yanında olan qızı Ayşegül təndirə düşüb. Tez bir zamanda 2 yaşlı qızını xilas etmək üçün təndirə girən gənc ana yanaraq həyatını itirib.
Qeyd edək ki, hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub. Uşağın həyatı qurtarılsa da, ananı xilas etmək mümkün olmayıb.