Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 6 yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da Gürcüstanda koronavirusa yoluxanların sayı 843 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3026 nəfər karantində saxlanılır, 297 nəfər isə stasionar şəraitdə müalicə olunur.