Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 175 min 218 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 15 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 1195 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 4778 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1242 nəfər təşkil edir