Gürcüstanda daha 8 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Bununla da, qonşu ölkədə COVID-19-a yoluxanların sayı 851-ə çatıb. Onların 702-i sağalıb, 13-ü isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 3 026, stasionar nəzarətdə isə 297 nəfər saxlanılır.