Çinin paytaxtı Pekində topdansatış bazarlarının birində 50-yə yaxın şəxsdə koronavirus aşkar edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bununla əlaqədar bazarın fəaliyyəti dərhal dayandırılıb. Çin hökuməti həmin bazarın yerləşdiyi Fentay rayonunda hərbi rejim elan edib.

Qeyd olunur ki, koronavirus bazarın balıq satılan hissəsində aşkar edilib. İnfeksiyaya yoluxma ilə 10 minədək şəxs testdən keçiriləcək.

Bundan başqa, Pekinin həmin rayonunda məktəblər və digər tədris müəssisələri işini dayandırıb.