Böyük Britaniyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı son sutkada 181 nəfər artaraq, ümumilikdə 41 662 nəfər olub. Bu müddətdə virusa yoluxanların sayı da 1425 nəfər artıb və 294 375-ə çatıb.

Unikal.org  xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bundan bir gün əvvəl 202 nəfərin öldüyü, 1541 nəfərinsə virusa yoluxduğu deyilirdi.