Çinin şərqindəki Tai Jou şəhərində neft məhsulları daşıyan avtomobilin partlaması nəticəsində həlak olanların və xəsarət alanların sayı artıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  partlayış nəticəsində xəsarət alanların sayı isə 172 nəfərədək artıb. Daha 19 nəfər ölüb.

Qeyd edək ki, hadisə dünən Şenyan-Xaykou şosesində Tayçjou şəhər dairəsinin Venlin qəsəbəsi ərazisində baş verib. Qəza yerinə 450-dən çox yanğınsöndürən, altı təlim görmüş it, xilasedicilər, tibb işçiləri, polis əməkdaşları cəlb edilib.