Yaponiyanın Amami-Oshima adasının sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
Unikal.org xəbər verir ki, Yaponiya Meteoroloji Agentliyinin verdiyi açıqlamaya görə, Amami-Oshima yaxınlığındakı adalarda yerli vaxtla 00.51-də 6.3 bal gücündə zəlzələ olub.
Agentlik, təqribən 160 kilometr dərinlikdə və ətraf əyalətlərdə hiss olunan zəlzələ barədə sunami xəbərdarlığı etməyib.