ABŞ-da həftələrlə davam edən etirazlara baxmayaraq, polis zorakılığı dayanmır.

Unikal.org xəbər verir ki, Corciya ştatının Atlanta şəhərində, polis bölməsinə, park edilmiş nəqliyyat vasitəsində yatmış və digər müştərilərin nəqliyyat vasitələrinə maneə törədən şəxs haqqında xəbərdarlıq gəlib. Bir qrup polis şikayəti  aldıqdan sonra fast-food restoranının avtodayanacağına gedib. 

Belə ki, dayanacaqda 27 yaşlı qaradərili Rayşard Brooksu avtomobilində yatmış vəziyyətdə tapıblar. Polis qaradərilini həbs edərkən, Rayşard müqavimət göstərib və ərazidən qaçmağa çalışıb. 

Bu zaman polis şokedici təsirə malik silahla şəxsi zərəsizləşdirmək istəyib. Lakin, silahın təsirindən 27 yaşlı qaradərili hadisə yerindəcə ölüb. Hadisə anı anbaan ərazidə olan müşahidə kameralarına əks olunub.

Hadisə ilə əlaqədar Corciya Dövlət İstintaq Bürosunun (GBI) açıqlamasında "Cümə günü, zabitlər saat 22:33-də 911 çağırışına cavab verdilər. Onlara park edilmiş nəqliyyat vasitəsində yatmış və digər müştərilərin nəqliyyat vasitələrinə maneə törədən bir adam haqqında xəbərdarlıq gəldi. Əraziyə bir qrup polis əməkdaşı cəlb olundu.  Bunun ardınca həbs qətimkan tədbiri seçildi. Eyni zamanda həyatını itirən şəxs nəzarətə alınmağa müqavimət göstərib. Polislər şokedici silah istifadə etməli oldular" deyə bildirib.    

Həmçinin də, GBI, hadisə ilə əlaqəli sosial mediada yayılan videoya baxarkən, Brooksun qaldırıldığı xəstəxanada öldüyünü qeyd edib.  Atlanta Bələdiyyə Başçısı Keisha Lance Bottoms hadisədən sonra Atlanta Təhlükəsizlik Müdiri vəzifəsindən imtina etdiyini bildirilib.

Faktla bağlı araşdırma davam edir.