Rusiyada son sutkada koronavirusa 8 835 nəfər yoluxub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə koronavirusa qarşı mübarizəyə dair əməliyyat qərargahından bildiriblər.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış daha 119 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə ümumilikdə 528 964 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 280 050 nəfər müalicə olunaraq sağalıb, 6 948 nəfər vəfat edib.