Rusiya Prezidenti Vladimir Putin ABŞ-dakı hadisələrlə bağlı fikirlərini açıqlayıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,  bu barədə "Rusiya 1"ə müsahibəsində danışıb. Müsahibədən parçanı Kremlin jurnalist camiəsindən Dmitri Smirnov "Telegram" kanalında yerləşdirib.

Rusiya dövlət başçısı xüsusilə, amerikalı həmkarı Donald Trampın hərəkətlərinə qiymət verib: "Prezident deyir ki, "belə etmək lazımdır, elə etmək lazımdır", yerli qubernatorlar isə prezidentin çağırışına əhəmiyyət vermirlər. 

Qeyd edək ki, ABŞ-ın bir sıra böyük şəhərlərdə afro-amerikalı Corc Floydun polis saxlanması zamanı həyatını itirməsi ilə əlaqədar etiraz aksiyaları keçirilir.