İranda koronavirus səbəbindən ölənlərin sayı son 24 saatda 107 nəfər artaraq 8 min 837-ə çatıb.

Unikal.org xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari, son 24 saat ərzində, COVID-19 səbəbiylə ölkə daxilində 107 adamın öldüyünü və 2 min 472 yeni hadisənin aşkarlandığını açıqlayıb.

Beləliklə, Lari, ümumi itkinin 8 min 837, yoluxanlarının sayının 187 min 427-yə yüksəldiyini söyləyib.

Xəstələrin 2 min 781-nin vəziyyətinin ağır olduğunu bildirən Lari, bu günə qədər 148 min 674 insanın xəstəxanadan edildiyini bildirib.

Lari, ölkədə edilən testlərin ümumi sayının 1 milyon 244 min 74 olduğunu qeyd edib.

Səhiyyə Nazirliyinin sözçüsü Xuzistan əyalətindən başqa Qərbi Azərbaycan, Hürmüzgan, Kürdüstan, Kirmanşah, Sistan-Bəlucistan və Buşehrin də "qırmızı zona" kimi təyin olunduğunu bildirib.