Sinqapurda son sutka ərzində koronavirus infeksiyasına 407 yeni yoluxma faktı müəyyən olunub.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son məlumata görə, pandemiya dövründə koronavirusa 40 604 yoluxma faktı qeydə alınıb.

Qeyd olunur ki, infeksiya əsasən yataqxanalarda yaşayan xarici işçilər arasında aşkarlanıb.