Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Tsarukyanı istintaqa cəlb etməsi etirazlara səbəb olub.

Unikal.org xəbər verir ki, Tsarukyanın tərəfdarları Milli Təhlükəsizlik Xidmətinin (MTX) binası qarşısında aksiya keçiriblər. Aksiyaya deputatlar da qatılıblar.

Əraziyə cəlb olunan polis əməkdaşları aksiya iştiraçılarına, eləcə də deputatlara qarşı zor tətbiq ediblər. Nəticədə deputatlar Karine Poqosyan və Arman Abovyan xəsarət alıblar.

Məlumata görə, Tsarukyanın 100-ə yaxın tərəfdarı saxlanılıb. Hələlik bu barədə rəsmi məlumat verilməyib.

Qeyd edək ki, Ermənistan MTX-da müxalif lider Qaqik Tsarukyana qarşı 3 maddə üzrə cinayət işi açılıb.