Türkiyədə son sutka ərzində 15 nəfər koronavirusdan dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, bir gündə 1562 yeni yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirus qurbanlarının sayı 4807, yoluxanlar isə 178 min 239 nəfərə çatıb.

Türkiyədə indiyədək 151 417 xəstə sağalaraq evə buraxılıb.