Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.

Unikal.org xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətdən  verilən məlumata görə, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıtıb.

Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdirilib.