Şimali və Cənubi Koreya arasında münasibətlərin pisləşməsindən özünü günahkar hiss edən Cənubi Koreya Birləşmə naziri istefa verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, nüvə müzakirələri, eləcə də Şimali və Cənubi Koreya arasında artan gərginlik sırasında Birləşmə naziri  Kim Yeon-Chul vəzifəsindən azad olunub. Ölkə prezidenti Moon Jae istefanı qəbul edib. Aprel ayında birləşmə naziri kimi vəzifəyə təyin edilən Kim Yeon-Chul təzyiq problemlərini əsas gətirərək istefa verdiyini bildirib.