Ömrü uzatmağın və orqanizmi sağlamlaşdırmağın ən yaxşı yolu çox yeriməkdir.
Unikal.org xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş kardioloqu Leo Bokeriya bildirib.
O, qeyd edib ki, həftədə iki saat piyada gəzən insanlar oturaq həyat tərzinə üstünlük verənlərlə müqayisədə 7-8 il daha çox yaşayırlar.
“Yürüş fiziki formanı bərpa etmək və dəstəkləmək üçün ideal variantdır”, - deyə həkim Rusiya KİV-lərinə müsahibəsində bildirib.
Bununla yanaşı, həkim uzun müddət özünütəcriddə olanlara fiziki yüklənməni kəskin artırmağı məsləhət görmür. Onun sözlərinə əsasən, nəbzi nəzarətdə saxlamaq lazımdır. Əgər o, 25 faizdən çox yüksələrsə, məşqi və yürüşü dayandırmaq lazımdır.