Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu ərazisində 1980-ci il təvəllüdlü Məmmədov Yusif İsak oğlunun dənizdə (nəzarətsiz ərazi) batması barədə məlumat daxil olub.
Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Y. Məmmədovun meyiti tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.